Türkiyənin Adana vilayətinin İmamoğlu rayonunda içməli su layihəsinin tunel xəttində uçqun olub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
İlkin məlumata görə, uçqunun altında qalan 5 işçidən 1-i həyatını itirib, 1-i isə yaralanıb.
Əraziyə tibbi briqada və polis əməkdaşları cəlb olunub./bakıvaxtı.az/











