Dubayda CIA qərargahı İranın raket hücumunun hədəfi olub

Dubayda CIA qərargahı İranın raket hücumunun hədəfi olub

Dubayda yerləşdiyi iddia olunan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) qərargahının İranın raket hücumunun hədəfi olduğu bildirilir. Bu barədə Fars News Agency məlumat yayıb.

NOCOMMENT.az xəbər verir ki, agentliyin iddiasına görə, hücum ABŞ-ın regiondakı kəşfiyyat infrastrukturuna yönəlib.

Lakin xəbərdə obyektə dəymiş zərərin miqyası və mümkün itkilərlə bağlı detallı informasiya verilməyib.