Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şərifi İstanbulda rəsmi mərasimlə qarşılayıb.
NOCOMMENT.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Vəhdəddin Köşkündə keçirilən qarşılanma mərasimindən sonra liderlər təkbətək görüş keçiriblər.
Məlumata görə, qapalı qapılar arxasında baş tutan görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın və digər yüksəkvəzifəli rəsmilər iştirak ediblər.
Həmin görüşdən sonra Ərdoğan və Şahbaz Şərifin rəhbərliyi ilə nümayəndə heyətləri arasında da danışıqlar keçirilib.













