​Göyçayda motosiklet anidən alışaraq yandı - VİDEO

​Göyçayda motosiklet anidən alışaraq yandı - VİDEO

Göyçayda motosiklet anidən alışaraq yanıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə saat 16:00 radələrində rayonun Potu kəndi ərazisində yerləşən çimərlik mərkəzinin birində qeydə alınıb.

Vətəndaşa məxsus "Tufan M50" markalı motosiklet anidən alışaraq külə dönüb. İlkin verilən məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi müəyyən deyil. Vətəndaşın sözlərinə görə, o, motosikleti hadisədən 2 gün əvvəl yeni almışdı.

Sözügedən görüntüləri təqdim edirik:

/metbuat.az/