Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın oğlu Artyom Xaçatryan iki ay müddətinə qiyabi həbs edilib.
NOCOMMENT.az xəbər verir ki, hazırda o, axtarışdadır.
Daha əvvəl Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi keçmiş maliyyə naziri Qaqik Xaçatryanın özünün həbsi ilə bağlı vəsatəti rədd etmişdi.
Q.Xaçatryana qarşı iş vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlıdır. Keçmiş nazirin özü hazırda xaricdə müalicə alır./unikal/












