Fars körfəzi ölkələrinin İrana qarşı mümkün cavab tədbirləri gördüyünə dair məlumatlar var.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlama verib.
Fidan rəsmi şəkildə belə qərarların elan olunmadığını, lakin bu istiqamətdə iddiaların mövcud olduğunu bildirib. Onun sözlərinə görə, Türkiyə tərəfi də bu cür məlumatları eşidib və deyilənlərin həqiqətə uyğun olması ehtimalı istisna edilmir.
Nazir qeyd edib ki, regionda artan gərginlik fonunda müxtəlif ssenarilər müzakirə olunur və tərəflərin mümkün addımları diqqətlə izlənilir. O, vəziyyətin daha da kəskinləşməməsi üçün diplomatik kanalların açıq saxlanmasının vacibliyini vurğulayıb.
Sara
NOCOMMENT.az












