Fransanın “Şarl de Qoll” aviadaşıyıcısı Aralıq dənizinə yönəlir

Fransanın “Şarl de Qoll” aviadaşıyıcısı Aralıq dənizinə yönəlir

BFMTV telekanalının məlumatına görə, Fransanın “Charles de Gaulle” aviadaşıyıcısı və onu müşayiət edən gəmilər Baltik dənizindəki yerləşdirilməni dayandıraraq Aralıq dənizinə doğru istiqamət alıb.

NOCOMMENT.az xəbər verir ki, telekanal qərarın bölgədə “vəziyyətin gərginləşməsi” fonunda qəbul edildiyini bildirib. Məlumata görə, gəmi qrupu Şərqi Aralıq dənizi istiqamətində hərəkət edir.

Qeyd edək ki, daha əvvəl İran pilotsuz uçuş aparatlarının Əbu-Dabidə yerləşən Fransa hərbi-dəniz bazasına hücum etdiyi barədə məlumat yayılmışdı. Hadisə ilə bağlı rəsmi Parisdən geniş açıqlama verilməyib.

Sara