Gürcüstanın əsas bölgələrindən olan Tuşetidə təbii fəlakət baş verib.
NOCOMMENT.az xəbər verir ki, leysan yağışları və dağlarda qarın əriməsi nəticəsində güclü sel müşahidə olunub.
Tuşeti Qorunan Ərazilər Agentliyinin yaydığı məlumata görə, sel suları Şenako kəndini digər yaşayış məntəqələri ilə birləşdirən körpünün dayaqlarınl tamamilə yuyub aparıb, yolun bir hissəsi çöküb.
Yerli əhaliyə və turistlərə körpü istiqamətində hərəkət etməmək, evlərdən və otellərdən çıxmamaq tövsiyə edilib.











