Türkiyənin xarici işlər naziri Hakan Fidan Aksaray səfəri çərçivəsində Güzelyurt rayonunda kənd kafelərindən birində nahar edib və yerli sakinlərlə səmimi söhbət aparıb.
NOCOMMENT.az xəbər verir ki, rəsmi dövlət səfərləri və gərgin diplomatik qrafiki ilə yanaşı, həm də vətəndaşlarla bir araya gəlməyə üstünlük verən XİN rəhbəri yerli əhalinin qayğı və təkliflərini dinləyib.
Səmimi atmosferdə keçən görüş zamanı sakinlər nazirlə şəkil çəkdirib, gündəlik məsələlər ətrafında fikir mübadiləsi aparıblar.











