Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Böyük Britaniyanın xüsusi xidmət orqanları ilə birlikdə Rusiyaya casusluqda ittiham olunan Britaniya vətəndaşı Ross David Katmoru saxlayıb.
NOCOMMENT.az xəbər verir ki, istintaqa əsasən, Katmor 2024–2025-ci illərdə Ukrayna ərazisində Rusiya xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirib.
O, 2024-cü ildə Yaxın Şərqdə döyüş təcrübəsi olan hərbi təlimçi kimi Ukraynaya gəlib və Ukrayna Silahlı Qüvvələrində fəaliyyət göstərib.
Katmor kəşfiyyat-diversiya fəaliyyətində və Rusiya xüsusi xidmət orqanlarından silah və sursat alaraq bir sıra “hədəfli qətllər” planlaşdırmaqda şübhəli bilinir. İddialara görə, o, ictimai-siyasi fiqurlar olan Demyan Hanul, İrina Farion və Andrey Parubiyə qarşı sui-qəsd hazırlayıb.












