HƏMAS yeni lider seçdi

HƏMAS yeni lider seçdi

HƏMAS lideri Xəlil əl-Heyya hərəkatın siyasi bürosunun yeni rəhbəri seçilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə HƏMAS-ın rəsmi Telegram kanalında dərc olunmuş bəyanatda bildirilib.

Bəyanatda deyilir: "HƏMAS Xəlil əl-Heyyanın hərəkatın siyasi bürosunun rəhbəri seçildiyini elan edir".

HƏMAS daxilində liderlik vəzifəsi 2024-cü ilin oktyabrında İsrailin cənubundakı Rəfah şəhərində yaşayış binasına hava hücumu nəticəsində Yəhya Sinvarın öldürülməsindən bəri boş qalıb.