İordaniyaya dörd raket atıldı

İordaniyaya dörd raket atıldı

İrandan İordaniyanın Aqaba şəhərinə 4 ballistik raket atılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İordaniya mediası məlumat yayıb.

Qeyd edilib ki, Aqaba şəhəri istiqamətində buraxılan 4 ballistik raketdən üçü hava hücumundan müdafiə vasitələri ilə vurulub, dördüncü raket isə açıq əraziyə düşüb.

Hücum nəticəsində xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib.

Qeyd edək ki, sözügedən şəhərdə hücum təhlükəsi səbəbindən Kral Hüseyn Beynəlxalq Hava Limanı və dəniz limanı hücum təhlükəsi səbəbindən təxliyə edilmişdi.