İran ABŞ və İsrail bazalarına raket buraxılışının görüntülərini yaydı – VİDEO

İran ABŞ və İsrail bazalarına raket buraxılışının görüntülərini yaydı – VİDEO

İran ABŞ və İsrailə məxsus bazalara raket zərbələrinin endirilməsini əks etdirən görüntülər yayımlayıb.

NOCOMMENT.az xəbər verir ki, bundan əvvəl İsrail Müdafiə Qüvvələri (SAXAL) İran ərazisindən İsrail dövlətinin istiqamətinə raketlərin buraxıldığını təsdiqləyib. Ordunun mətbuat xidməti hava hücumundan müdafiə sistemlərinin təhlükəni zərərsizləşdirmək üçün fəaliyyət göstərdiyini açıqlayıb.

Məlumata görə, son dəqiqələrdə İsrailin Arxa Cəbhə Komandanlığı müvafiq bölgələrdə yaşayan sakinlərin mobil telefonlarına birbaşa ilkin xəbərdarlıq mesajları göndərib.