İran hakimiyyəti İsfahanda 2026-cı ilin yanvar ayındakı etiraz aksiyaları zamanı baş verən qarşıdurmalarla əlaqədar mühakimə olunan iki gənci – 23 yaşlı Əbülfəz Sepahi Bəcani və 29 yaşlı Əmirhüseyn Səfəri Hüseynabadini edam edib.
NOCOMMENT.az xəbər verir ki, məlumata görə, edam hökmü səhər tezdən etiraz aksiyalarının baş tutduğu Əlixani meydanında ictimai şəkildə həyata keçirilib. Bununla da həmin iş üzrə edam edilənlərin sayı dörd və beşə çatıb; daha iki məhkum iyulun 19-da edam olunmuşdu.
Bununla yanaşı, aralarında məhkumlardan birinin əmioğlunun da olduğu daha səkkiz nəfər barəsində çıxarılan ölüm hökmləri qüvvədə qalır və onlar hələ də ölüm kamerasında saxlanılırlar.
Sara,
NOCOMMENT.az










