İran Yak-130 və MiQ-29 qırıcıları ilə HÜCUMA KEÇDİ

İran Yak-130 və MiQ-29 qırıcıları ilə HÜCUMA KEÇDİ

İran Hərbi Hava Qüvvələrinə məxsus Yak-130 və MiQ-29 tipli qırıcı təyyarələr paytaxt Tehranın səmasında patrul uçuşlarını davam etdirir.

NOCOMMENT.az xəbər verir ki, xarici KİV-in yaydığı məlumatda bildirilir ki, sözügedən döyüş təyyarələri hava məkanına nəzarətin gücləndirilməsi və təhlükəsizliyin təmin olunması məqsədilə müntəzəm olaraq havaya qaldırılır.

Yayılan məlumatlara əsasən, patrul uçuşları paytaxt və ətraf bölgələrdə hava təhlükəsizliyinin yüksək səviyyədə qorunmasına yönəlib. Mənbələr qeyd edir ki, İran tərəfi son dövrlər regional təhlükəsizlik məsələlərini nəzərə alaraq hava hücumundan müdafiə sistemlərini və hərbi aviasiya imkanlarını aktiv rejimdə saxlayır.

Hərbi ekspertlərin fikrincə, Yakovlev Yak-130 əsasən təlim-döyüş təyyarəsi kimi tanınsa da, yüngül hücum və hava məkanına nəzarət missiyalarında da istifadə oluna bilir. Müasir avionika sistemləri ilə təchiz olunan bu platforma pilot hazırlığında mühüm rol oynayır və eyni zamanda operativ tapşırıqların icrasına imkan verir.

Digər tərəfdən, Mikoyan MiG-29 isə çoxməqsədli qırıcı kimi İran Hərbi Hava Qüvvələrinin əsas döyüş vasitələrindən biri hesab olunur. Yüksək manevr qabiliyyəti və hava döyüşü imkanları ilə seçilən MiQ-29-lar hava məkanının müdafiəsində mühüm rol oynayır.

Müşahidəçilər bildirirlər ki, Tehranın səmasında döyüş təyyarələrinin intensiv patrul fəaliyyəti ölkənin hava təhlükəsizliyinə xüsusi önəm verdiyini göstərir. Rəsmi qurumlar məsələ ilə bağlı geniş açıqlama verməsə də, patrul uçuşlarının planlı və nəzarət xarakterli olduğu vurğulanır.