Yaponiyada rekord istilər: 45 nəfər öldü

Yaponiyada rekord istilər: 45 nəfər öldü

Yaponiyada 20-26 iyul tarixləri arasında təxminən 18 min 600 insan gün vurması ilə xəstəxanalara yerləşdirilib, onlardan 45-i ölüb.

NOCOMMENT.az xəbər verir, bu barədə Yaponiyanın İnzibati İşlər və Kommunikasiyalar Nazirliyi məlumat yayıb.

Məlumata görə, zərərçəkənlərin sayı əvvəlki həftənin göstəricisini 7,7 mindən çox üstələyib və 2026-cı ildə ən yüksək həddə çatıb:

"Gün vurması ilə xəstəxanaya aparılanlardan 710-dan çoxu üç həftədən artıq xəstəxanada qalıb. Təsirə məruz qalanların təxminən 58%-i 65 yaşdan yuxarı insanlardır”.

Qeyd edək ki, Yaponiyada iyulun 21-dən bəri ardıcıl beş gün ərzində bəzi ərazilərdə 40 dərəcədən yuxarı temperatur qeydə alınıb.