İranın Ali Lideri Əli Xamenei ölüb.
NOCOMMENT.az xəbər verir ki, məlumatı İranın dövlət televiziyası təsdiqləyib.
“Xamenei fevralın 28-i səhər saatlarında iqamətgahına endirilən aviazərbə nəticəsində öldürülüb”, – dövlət televiziya kanalının efirində qeyd olunub.
Bundan sonra, İran hakimiyyəti İslam Respublikasının həlak olan Ali Lideri Əli Xameneinin ölümü ilə bağlı 40 günlük matəm elan edib.
Televiziyada açıqlanan məlumata görə, növbəti 8 gün ölkədə ümummilli matəm əlamətinin tərkib hissəsi kimi qeyri-iş günü elan olunacaq.












