İranda Trampdan məyusluq: ABŞ prezidenti etimadı itirir

İranda Trampdan məyusluq: ABŞ prezidenti etimadı itirir

İranda ABŞ Prezidenti Donald Trampdan dəstək gözləyən şəxslər onun son addımlarından sonra özlərini aldadılmış hiss edirlər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Al-Monitor nəşri analitik məqaləsində yazıb.

Məqalədə qeyd olunur ki, təxminən bir ay əvvəl Tramp İranda etiraz aksiyalarında iştirak edənlərə dəstək verəcəyini bəyan etmişdi. Lakin hazırda məhz onun təşəbbüsü ilə ABŞ nümayəndə heyəti Tehranın rəsmiləri ilə nüvə proqramı üzrə danışıqlar masasına əyləşib. Bu isə ABŞ-dən yardım gözləyən iranlıların bir hissəsində ciddi məyusluq və xəyanət hissi yaradıb.

Nəşrin həmsöhbətlərindən biri bildirib ki, Trampın mövqeyindəki bu dəyişiklik gözləntiləri tam alt-üst edib. Onun sözlərinə görə, ABŞ prezidenti İran cəmiyyətinin müəyyən hissəsini faktiki olaraq yarı yolda qoyub.

“ABŞ prezidenti bizi tərk etdi. Biz yeni bir razılaşma üçün yolu açan tərəfə çevrilməməli idik”, – deyə mənbə vurğulayıb.

Al-Monitor yazır ki, ABŞ ilə İran arasında danışıqların bərpası Trampdan siyasi və mənəvi dəstək uman dairələrdə ciddi narazılıq yaradıb və Vaşinqtona olan inamın zəifləməsinə səbəb olub.

Sara