İranın qərbində yerləşən Dizful şəhərindəki sursat anbarı ABŞ və İsrail qüvvələrinin hücumuna məruz qalıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumatı İranın müxalif resursları yayıb.
“Vahdati” aviabazasına endirilən zərbələr nəticəsində orada saxlanılan döyüş sursatları alışıb. Nəticədə bazada ard-arda güclü partlayışlar baş verib. Şahidlərin sözlərinə görə, partlayışın səsi şəhərin bir çox yerindən eşidilib və ərazidən qatı tüstü yüksəlməkdədir.
Müxalif mənbələr iddia edir ki, bazadakı sursatların detosnasiyası hələ də davam edir və bu, hərbi obyektə ciddi ziyan vurub.
Sara,
NOCOMMENT.az












