Londonda avtomobilin piyadaları vurması nəticəsində 5 nəfər xəsarət alıb.
NOCOMMENT.az xəbər verir ki, avtomobili idarə edən Somali əsilli Britaniya vətəndaşı saxlanılıb. Hadisə nəticəsində yaralananlardan 3-ü xəstəxanaya yerləşdirilib.
Hakimiyyət orqanları hələlik hadisəni terror aktı kimi qiymətləndirməsə də, istintaq terrorla mübarizə şöbəsi ilə birgə aparılır.
Sara,
NOCOMMENT.az











