İranın “Şahed” PUA-sı Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələri obyektinə birbaşa zərbə endirdi

İranın “Şahed” PUA-sı Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələri obyektinə birbaşa zərbə endirdi

İran istehsalı olan “Şahed” pilotsuz uçuş aparatının Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus obyektlərə birbaşa zərbə endirdiyi bildirilir. Bu barədə alman hərbi icmalçısı Julian Röpcke məlumat yayıb.

NOCOMMENT.az xəbər verir ki, Röpcke-nin sözlərinə görə, zərbə Bəhreynin Cüffeyr bölgəsində yerləşən 55-ci əməliyyat qrupu və 50-ci esmines eskadrasının birgə komandanlıq məntəqəsinə endirilib. Hadisə nəticəsində mümkün dağıntı və itkilərlə bağlı rəsmi məlumat hələ açıqlanmayıb.

Regionda davam edən hərbi qarşıdurma fonunda ABŞ hərbi obyektlərinin hədəfə alınması vəziyyətin daha da gərginləşdiyini göstərir və tərəflər arasında qarşıdurmanın miqyasının genişlənməsi ehtimalını artırır.