Ermənistanda "Çiçəklənən Ermənistan" partiyasının lideri Qagik Çarukyanın mülklərində və biznes obyektlərində hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı əməliyyat keçirilir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə partiyanın nümayəndəsi İveta Tonoyan məlumat yayıb. Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri hazırda Tsarukyanın evində axtarış aparır.
Eyni zamanda, partiya liderinə məxsus "Multi Qrup" konserninə daxil olan demək olar ki, bütün şirkətlərdə də istintaq tədbirləri həyata keçirilir.
Qeyd edək ki, bu hadisə Qagik Çarukyanın Ermənistanın Baş naziri Nikol Paşinyan və Ermənistan İctimai Televiziyasına qarşı məhkəmə iddiası qaldırmasından sonraya təsadüf edir.
Əli Səfərli,











