İsrail Pezeşkiana qarşı sui-qəsdə cəhd etməyib – SƏBƏB

İsrail Pezeşkiana qarşı sui-qəsdə cəhd etməyib – SƏBƏB

İsrailin Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi etmədiyi bildirilir. İddialara görə, bu qərarın arxasında diplomatik hesablamalar dayanır.

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə tanış mənbələrə əsasən, Donald Tramp administrasiyası Pezeşkianla danışıqların davam etdirilməsinin hələ də mümkün olduğuna inanır. Bu səbəbdən onun hədəfə alınmasının danışıqlar prosesinə mənfi təsir göstərə biləcəyi nəzərə alınıb.

Məlumata görə, Vaşinqton İranla mümkün razılaşma ehtimalını tam istisna etmir və diplomatik kanalların açıq saxlanılmasına üstünlük verir. Rəsmi tərəflər isə məsələ ilə bağlı açıqlama verməyib.

Sara