İstanbulda xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək

İstanbulda xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu görüşünə ev sahibliyi edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə "Haber Global" Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Hakan Fidan, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstan Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili iştirak edəcəyi görüşdə üç ölkə arasında mövcud əməkdaşlıq nəzərdən keçiriləcək və qarşıdakı dövr üçün birgə fəaliyyət sahələrini müzakirə ediləcək.