Kreml sülh təşəbbüsünə “yox” deyəcək – Səbəb nədir?

Kreml sülh təşəbbüsünə “yox” deyəcək – Səbəb nədir?

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında baş tutacaq görüşdə Kreml böyük ehtimalla ABŞ və Ukraynanın birgə sülh təşəbbüsünü rədd edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) yeni hesabatında bildirilib.

Analitiklər bildirirlər ki, Rusiya danışıqlar prosesinə dair ictimai açıqlamalardan qəsdən yayınır.

Kremlin sözçüsü Dmitri Peskov qeyd edib ki, “Moskva danışıqları megafondan aparmaq niyyətində deyil”, rus parlamentarilər isə sərt mövqe nümayiş etdirirlər.

Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa bildirib ki, ABŞ nümayəndə heyəti 2025-ci ildə Alyaskada keçirilən ABŞ-Rusiya sammitində əldə edilmiş razılaşmaların “fundamental xarakterini təsdiqləməlidir”.