İsrail ordusu (ÇAXAL) Livanın cənubunda “nöqtəvi quru əməliyyatı” keçirib.
NOCOMMENT.az xəbər verir ki, əməliyyat zamanı İsrail hərbçiləri ilə Livanın “Hizbullah” qruplaşmasının üzvləri arasında birbaşa silahlı toqquşmalar baş verib.
İsrail tərəfinin yaydığı məlumata görə, əməliyyat zamanı aviasiya da döyüşçülərin mövqelərinə zərbələr endirib. Toqquşmalar nəticəsində “Hizbullah”ın azı 4 üzvünün məhv edildiyi bildirilir.
“Hizbullah” isə öz bəyanatında Livanın cənubundakı Xiam kəndi yaxınlığında İsrail hərbçiləri ilə döyüş faktını təsdiqləyib. Bölgədə vəziyyətin gərgin olaraq qaldığı bildirilir.
Sara,
NOCOMMENT.az












