Belçika polisi Avropa İttifaqının (Aİ) Xarici əlaqələr və təhlükəsizlik üzrə keçmiş ali nümayəndəsi Federika Moqerinini saxlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Le Soir” qəzeti hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Onun Avropa Kolleci üçün keçirilən tenderdə dələduzluq hallarının baş verməsi ilə bağlı saxlanıldığı bildirilir.
Ümumilikdə iş üzrə üç nəfər saxlanılıb. Digər şübhəlilərin kimliyi açıqlanmır.
Qeyd edək ki, F. Moqerini 2020-ci ildən Avropa Kollecinin rektoru olaraq fəaliyyət göstərir.












