Moskvada iki tramvay toqquşub, 25 nəfər xəsarət alıb

Moskvada iki tramvay toqquşub, 25 nəfər xəsarət alıb

Moskvada iki tramvayın toqquşması nəticəsində 25 nəfər xəsarət alıb.

NOCOMMENT.az xəbər verir ki, qəza Moskvanın Pokrovskoe-Streşnevo rayonunun Vodnikova küçəsində baş verib.

Tramvayların toqquşması nəticəsində yaralananlardan beşinin uşaq olduğu bildirilib.

Yaralıların 21 nəfərinin xəstəxanaya yerləşdirildiyi bildirilib.

Hazırda qəzanın səbəbləri araşdırılır.