Venesuelada baş verən son zəlzələlər nəticəsində həyatını itirənlərin sayı 1900 nəfəri ötüb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə çərşənbə axşamı ölkənin Milli Assambleyasının (parlamentin) sədri Xorxe Rodriqes məlumat verib.
"Hazırkı statistik məlumatlara görə, 1943 nəfər həlak olub, 10 571 nəfər xəsarət alıb. Zərərçəkənlərin ümumi sayı isə 28 380 nəfər təşkil edir", — deyə o, Venesuela televiziyasının canlı yayımında bildirib.
Ötən gün Rodriqes qeyd etmişdi ki, təxminən 900 bina zədələnib, onlardan 189-u tamamilə dağılıb, 650-dən çoxu isə qismən uçub.
Bununla belə, NASA-nın peyk görüntülərinə əsaslanan qiymətləndirmələrinə görə, təxminən 59 min tikili bu və ya digər dərəcədə zərər görə bilər.
Xatırladaq ki, Venesuelada iyunun 25-nə keçən gecə 7.2, 7.5 və 4.5 maqnitudalı zəlzələlər baş verib. Fəlakətdən ən çox ölkənin şimalındakı La Quayra ştatı zərər çəkib.










