Sumqayıtda dəhşətli qəza: Qatarla yanacaqdaşıyan yük avtomobili toqquşdu - FOTOLAR

Sumqayıtda dəhşətli qəza: Qatarla yanacaqdaşıyan yük avtomobili toqquşdu - FOTOLAR

Sumqayıt şəhərində dəmir yolu keçidində ciddi yol-nəqliyyat hadisəsi baş verib. Qatarla yanacaqdaşıyan yük avtomobilinin toqquşması nəticəsində əraziyə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları, təcili tibbi yardım briqadaları və Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb edilib.

NOCOMMENT.az xəbər verir ki, qəza zamanı xəsarət alan şəxsin olduğu müəyyən edilib. Hadisə yerinə cəlb olunan FHN əməkdaşları yanğın təhlükəsizliyi tədbirlərini həyata keçirib və müvafiq xilasetmə işlərinə başlayıblar. İlkin məlumatlara görə, xəsarət alan şəxs təcili tibbi yardım maşını ilə şəhər xəstəxanasına çatdırılıb. Hadisə yerində araşdırmalar davam etdirilir və qəzanın dəqiq səbəbləri müəyyənləşdirilir.