Müharibə ilə bağlı bu görüntülər DÜNYANI SİLKƏLƏDİ – İlk dəfə yayımlandı

Müharibə ilə bağlı bu görüntülər DÜNYANI SİLKƏLƏDİ – İlk dəfə yayımlandı

İranın xarici işlər naziri Abbas Araqçi sosial şəbəkədə kütləvi məzarların fotosunu paylaşıb.

NOCOMMENT.az xəbər verir ki, nazir paylaşımında bu məzarların ABŞ və İsrailin ibtidai məktəbə endirdiyi bombardman nəticəsində həlak olduğu iddia edilən 160-dan çox azyaşlı qız üçün qazıldığını bildirib.

“Bunlar ABŞ-İsrail bombardmanı nəticəsində ibtidai məktəbdə həlak olmuş 160-dan çox günahsız qız üçün qazılan məzarlardır. Onların cəsədləri parça-parça edilib.

Cənab Trampın vəd etdiyi ‘xilas’ əslində belə görünür.

Qəzzadan Minaba qədər – günahsız insanlar soyuqqanlılıqla öldürülür”, – deyə Araqçi “X” sosial şəbəkəsində yazıb.

Paylaşımda səsləndirilən iddialarla bağlı müstəqil təsdiq və qarşı tərəfin mövqeyi hələlik açıqlanmayıb.

Sara