NATO-nun Baş katibindən ŞOK: "Rusiya gecələr məni yuxusuz qoyur"

NATO-nun Baş katibindən ŞOK: "Rusiya gecələr məni yuxusuz qoyur"

NATO-nun Baş katibi Mark Rüttə Ankara sammiti ərəfəsində "Anadolu" agentliyinə verdiyi müsahibədə təşkilatın əsas təhlükəsizlik prioritetlərindən danışıb.

NOCOMMENT.az xəbər verir ki, alyans rəhbəri Rusiyanı NATO üçün ən ciddi və uzunmüddətli təhdid hesab etdiyini açıq şəkildə bildirib. "Adətən gecələr yatmağa çalışıram, amma məni yuxusuz qoyan bir şey varsa, o da Rusiyadır", - deyə Rüttə qeyd edib.

O, həmçinin Çinin də hərbi gücünü sürətlə artırdığına diqqət çəkib və 2030-cu ilə qədər Pekinin 1000 nüvə başlığına sahib olacağının gözlənildiyini vurğulayıb. Baş katib Çin məsələsində "sadəlövhlük etməməli" olduqlarını, lakin uzunmüddətli perspektivdə əsas təhlükə olaraq Rusiyanı gördüklərini bildirib. Rüttə əlavə edib ki, alyansın qarşısında duran əsas vəzifələrdən biri Ukraynaya dəstəyi davam etdirməkdir.