Nazir istefa verdi - Qonşu ölkədə

Nazir istefa verdi - Qonşu ölkədə

Ermənistan hökumətində kadr dəyişikliyi baş verib. Belə ki, ölkənin Yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan tutduğu vəzifədən gedir.

NOCOMMENT.az xəbər verir ki, İyulun 9-da Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərin suallarını cavablandıran Baş nazir Nikol Paşinyan bu qərarın nazirin öz şəxsi istəyi ilə bağlı olduğunu açıqlayıb. Paşinyanın sözlərinə görə, Ayrapetyan artıq hökumət komandasında fəaliyyətini davam etdirmək niyyətində olmadığını bildirib.

İclas zamanı diqqət çəkən digər mühüm mövzu parlament sədri Alen Simonyanın gələcəyi olub. Baş nazir onun siyasi karyerası ilə bağlı konkret bir problemin olmadığını qeyd edib, lakin Simonyanın gələcəkdə hansı formatda işləyəcəyinin hələ də müzakirə mərhələsində olduğunu vurğulayıb. Paşinyan bu barədə dəqiq qərar qəbul edildikdən sonra ictimaiyyətə açıqlama veriləcəyini vəd edib.

Xatırladaq ki, 2023-cü ildən etibarən Yüksək texnologiyalar sənayesi naziri postunu tutan Mxitar Ayrapetyanın istefası bir müddətdir siyasi dairələrdə və mediada müzakirə mövzusu idi.

Əli Səfərli,

NOCOMMENT.az