İrəvanda Ana Ermənistan Partiyasının üzvü və Çiçəklənən Ermənistan Partiyasının 7 iyun parlament seçkisi üçün siyahısında olan Areqnaz Manukyan saxlanılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" "Telegram" kanalı məlumat verib.
Ermənistan İstintaq Komitəsi məlumatı təsdiqləyib və müxalifət partiyasının üzvünün artıq komitəyə gətirildiyi bildirilib.
Məlumata görə, Areqnaz Manukyan dövlət sirri ilə bağlı məlumatları dərc etməkdə ittiham olunub. İstintaq Komitəsi qeyd edib ki, ona qarşı Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.
Daha əvvəl KİV-də dərc olunmuş məlumatlara əsasən, hüquq-mühafizə orqanları Areqnaz Manukyanı 2024-cü ilin aprel ayında keçirilən qapalı iclasdan məlumatları partiya lideri Andranik Tevanyana ötürməkdə şübhəli bilirlər ki, bu da Tevanyana qarşı "Casusluq və dövlətə xəyanət" ittihamı üzrə işin başlanmasına səbəb olub./oxu.az/











