Netanyahu təhlükəsizlik kabinetini təcili iclasa çağırdı – Nə baş verir?

Netanyahu təhlükəsizlik kabinetini təcili iclasa çağırdı – Nə baş verir?

İsrailin Baş naziri Benyamin Netanyahu bazar günü ölkənin təhlükəsizlik kabinetinin təcili iclasını keçirmək qərarına gəlib. Bu addım ABŞ Prezidenti Donald Trampın Tehranın yeni atəşkəs təklifindən narazılığını bildirməsindən və hərbi variantların masada olduğunu təsdiqləməsindən dərhal sonraya təsadüf edir. Tramp qeyd edib ki, diplomatik irəliləyiş olmasa, hərbçilər ona İrana qarşı sərt hərbi plan təqdim ediblər. Eyni zamanda, İran tərəfi Vaşinqtonu vaxtı uzatmaqda günahlandıraraq ABŞ ilə müharibənin bərpası ehtimalının yüksək olduğunu bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, təhlükəsizlik kabinetinin iclasında nazirlər diplomatiyanın iflası ssenarisində Vaşinqtonla birgə addımları, o cümlədən İranın nüvə obyektlərinə mümkün hücum variantlarını müzakirə edəcəklər. Qarşı tərəfdən isə cavab gecikməyib; SEPAH nümayəndəsi hər hansı yeni təcavüz halında Təl-Əvivi “odlu cəhənnəmə” çevirəcəkləri ilə hədələyib. Bununla yanaşı, kabinet Qəzza zolağında hərbi əməliyyatların yenidən başlanması məsələsini də nəzərdən keçirəcək. İsrail rəsmiləri HƏMAS-ın tərksilah prosesində irəliləyişin olmamasından və qruplaşmanın silah məsələsini siyasi hüquqlarla bağlayaraq mərhələli tərksilah təklifini rədd etməsindən ciddi narazılıqlarını ifadə ediblər.

Sara,
NOCOMMENT.az

Bizim Telegram səhifəsinə abunə olun