Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır

Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır

Nəfəsin “Xanımın ağası” adlı yeni mahnısı artı “YouTube” yerləşdirilib.

Sosial şəbəkələrdə mahnının melodiyasının Fəriborz Xatəminin “Hamının ağası” növhəsindən götürüldüyü iddia olunur. Halbuki ilkin olaraq söz və bəstənin Elçin Məhərrəmova aid olduğu iddia edilirdi.

Lakin artıq “YouTube”da bəstəkar kimi iranlı musiqiçi Fəriborz Xatəminin adı qeyd edilib. Bununla belə, mahnının yayımlandığı bəzi platformalarda müəllif kimi Nəvid Əbutorabinin adı göstərilib. Yəni məsələ xeyli qəlizləşib.

Bəs əsl müəllif kimdir?

NOCOMMENT.az xəbər verir ki, sualları cavablandıran Nəvid Əbutorabi bildirib ki, sözügedən növhənin bəstəkarı o deyil:

“Fəriborz Xatəmi ən yaxın dostlarımdandır. “Hamının ağası sənsən” növhəsini əvvəllər tam dinləməmişdim, amma indi tam dinlədim.

Yox, onun bəstəkarı mən deyiləm, Fəriborz Xatəmi özüdür. Məlumatım kasaddır, bilmirəm Nəfəs xanım o bəstəni icazə alaraq ifa edib, ya yox. Amma deyə bilərəm ki, nəqarət hissəsi daha çox həmin növhəyə oxşayır.

Əslində demək olar ki, o növhədən götürülüb. Orada “Hamının ağası sənsən”, burada isə “Xanımın ağası sənsən” deyilir. Bu, aydın görünür".

Nəvid Əbutorabi dini növhələrin şən sevgi mahnılarına çevrilməsinə şəxsi münasibətini də gizlətməyib:

“Ümumiyyətlə, növhəni musiqiyə çevirməyi xoşlamaram. Bilirsiniz ki, mömin bacı-qardaşlarımız var və onlar bundan narahat ola bilərlər. Musiqini növhəyə çevirən çox olub, amma növhəni musiqiyə çevirmək mənim gördüyüm qədərilə ilk dəfədir. Deyə bilmərəm bu, doğru işdir, ya yox, amma özüm belə bir iş tutmaram”.\\yenisabah