İran Prezidenti Məsud Pezeşkan qonşu dövlətləri ABŞ-a hərbi obyektlər üçün ərazi təqdim etməkdə günahlandırıb.
NOCOMMENT.az xəbər verir ki, İran lideri Minab şəhərindəki məktəbə edilən hücuma diqqət çəkərək sərt açıqlamalar verib:
"Birləşmiş Ştatlar Minabdakı məktəbə zərbəni haradan endirdi? Məhz o müsəlman və bizə dost olan ölkələrin ərazisindən. Niyə onlar bizə hücum etmək üçün öz ərazilərindən istifadə olunmasına icazə verirlər? Halbuki biz onlara hücum etmək istəmirik; biz yalnız bizə hücum edilən yerlərə cavab zərbələri endiririk", – deyə Pezeşkan bildirib.
İran Prezidenti qeyd edib ki, Amerikanın bura gəlib hərbi bazalar yaratmağa və tələblərinə tabe olmayan islam ölkələrinə zərbə endirməyə haqqı yoxdur, çünki heç kim onların qulu deyil. O, heç kimə həd-qorxu gəlmədiklərini, lakin özləri də həd-qorxuya tabe olmayacaqlarını vurğulayıb. Xarici qüvvələrin ölkəyə gəlib sərvətləri aparmalı olmadığını deyən prezident, məsələn, İraqda neftin satıldığını, lakin pulların iraqlılara verilmədiyini diqqətə çatdırıb.
Pezeşkan hökumət ilə silahlı qüvvələr arasında heç bir fikir ayrılığının olmadığını, İranın vahid və səmimi şəkildə birləşdiyini, nifaq salmağın isə məhz düşmənlərin istəyi olduğunu bildirib. O, döyüşçülərin bütün dünyanı heyrətləndirdiyini vurğulayıb və sonda şəhid olmaqdan qorxmadığını, bunun onun üçün böyük qələbə olduğunu qeyd edib.
Sara,











