Yaponiyanın Küsü adasındakı Kumamoto prefekturasında baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 38 nəfərə çatıb, 139 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə prefektura hakimiyyəti və xilasetmə xidmətlərinin yaydığı son məlumatda bildirilib.
Məlumata görə, zəlzələnin fəsadları səbəbindən təxminən 69 min təsərrüfatın su təchizatında fasilələr davam edir.
Bundan başqa, azı 9 200 nəfər təbii fəlakətdən sonra yerləşdirildikləri təxliyə mərkəzlərində qalmaqdadır.
Xatırladaq ki, iyulun 28-də baş verən 7.1 maqnitudalı zəlzələ Yaponiyada son illərin ən güclü seysmik hadisələrindən biri hesab olunur.
Hazırda zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində xilasetmə və digər aidiyyəti xidmətlərlə yanaşı, Yaponiya Özünümüdafiə Qüvvələrinin təxminən 4 600 hərbçisi də əməliyyatlara cəlb olunub.











