Peskov: Trampın Ukrayna planı Moskva üçün real əsas yaradır

Peskov: Trampın Ukrayna planı Moskva üçün real əsas yaradır

ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı irəli sürdüyü sülh planı münaqişənin tənzimlənməsi üçün “yaxşı əsas”dır və Moskva bu istiqamətdə işi davam etdirməyə hazırdır. 

NOCOMMENT.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, həmçinin qeyd edib ki, Rusiya beynəlxalq ticarətdə milli valyutalara üstünlük verməyə məcburdur — bu, dolları “sevmədiyi” üçün deyil, ABŞ və Qərbin tətbiq etdiyi qadağalar səbəbindən Moskvanın dollarla əməliyyat aparmaq imkanlarının məhdudlaşdırılması ilə bağlıdır.

Peskov əlavə edib ki, Hindistana S-400 zenit-raket komplekslərinin tədarükü məsələsi Rusiya üçün prioritet olaraq qalır və Prezident Vladimir Putinin Nyu-Dehliyə gözlənilən səfəri çərçivəsində əsas müzakirə mövzularından biri olacaq.

Onun sözlərinə görə, Moskva 2030-cu ilə qədər Rusiya ilə Hindistan arasında ticarət dövriyyəsinin 100 milyard dollara çatacağına ümid edir.