Ukrayna Ali Radasının deputatı Aleksey Gonçarenko ölkənin sərhəd xidmətinə Prezident Administrasiyasının keçmiş rəhbəri Andrey Yermakın ölkədən çıxışına qadağa qoyulması barədə göstəriş daxil olduğunu bildirib.
NOCOMMENT.az xəbər verir ki, deputatın sözlərinə görə, sərhədçilərə ötürülən sənəd Yermakın Ukrayna ərazisini tərk etməsinə icazə verilməməsini nəzərdə tutur.

Qadağanın səbəbləri, hüquqi əsasları və rəsmi təsdiqi hələlik açıqlanmayıb.
Ukraynanın rəsmi strukturları məsələ ilə bağlı şərh verməyib. Deputat isə bunun daxili siyasi gərginlik fonunda baş verdiyini iddia edir.












