Putindən ŞOK açıqlama – Kadırovun ailəsini nümunə göstərdi

Putindən ŞOK açıqlama – Kadırovun ailəsini nümunə göstərdi

Rusiya Prezidenti Vladimir Putin gənclərin erkən ailə qurmasının vacibliyini vurğulayıb və bu məsələdə Qafqaz xalqlarını nümunə göstərib.

NOCOMMENT.az xəbər verir ki, Putin bu fikirləri birbaşa xətt zamanı səsləndirib.

Onun sözlərinə görə, Rusiya gəncləri ailə qurmalı, uşaq sahibi olmalı və maddi vəziyyətin yaxşılaşmasını, təhsilin tamamlanmasını və digər amilləri gözləməməlidirlər.

Rusiya prezidenti qeyd edib ki, ölkə əhalisi bu məsələdə Qafqaz xalqlarından örnək götürməlidir:

“Onlar övladlarını kifayət qədər erkən yaşda evləndirirlər. Bu, həqiqətən də doğrudur və onlardan nümunə götürmək lazımdır. Çeçenistanın rəhbəri Ramzan Kadırovun böyük ailəsi var, çoxlu uşaqları var, erkən yaşda evlənirlər. O deyir ki, bu, ənənədir və bu, çox gözəldir”.