Cinayətin şahidi oldular, öldürüldülər - Qardaş və bacının meyiti tapıldı - Bu ölkədə- FOTO

Cinayətin şahidi oldular, öldürüldülər - Qardaş və bacının meyiti tapıldı - Bu ölkədə- FOTO

Taylandda amansızlıqla qətlə yetirilən 17 yaşlı Roman və onun 22 yaşlı bacısı Diananın cəsədləri tapılıb. Hadisə yerində daha üç nəfərin meyiti aşkarlanıb.

NOCOMMENT.az xəbər verir ki, Tayland KİV-lərinin məlumatına görə, meyitlər Kao Çi Çan dağındakı meşəlik ərazidə tapılıb. Hüquq-mühafizə orqanlarını həmin yerə yerli mütəşəkkil cinayətkar dəstənin liderlərindən biri olan "Ponq" ləqəbli şəxs aparıb. Hazırda hadisə yerində müstəntiqlər və kriminalistlər işləyirlər, digər həlak olan şəxslərin şəxsiyyəti dəqiqləşdirilir. İlkin məlumata görə, həmin şəxslər rusiyalı gənclərin qətlinin şahidi olmuş bir ailənin üzvləridir.

Xatırladaq ki, bundan əvvəl saxlanılan Ponq və Tonq adlı şəxslər 17 yaşlı Romanı güllələdiklərini, onun 22 yaşlı bacısı Diananı isə döyərək

öldүrdüklərini etiraf etmişdilər. İlkin ehtimallara görə, cinayət şübhəlilərin ələ keçirmək istədikləri motosiklet üstündə baş verib.

Sara,