Eçmiədzində bütün ermənilərin katolikosu II Qareginin sədrliyi ilə Erməni Apostol Kilsəsinin Ali Ruhani Şurasının iclası keçirilir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə erməni KİV-ləri keşiş Asohik Karapetyana istinadla məlumat yayıb.
Karapetyanın sözlərinə görə, dünən Baş nazir Nikol Paşinyanla görüşərək kilsəni “təmizləmək” niyyətində olduqlarını bildirən səkkiz yepiskopun bu iclasa qatılıb-qatılmadığı hələlik məlum deyil. O əlavə edib ki, ümumilikdə Eçmiədzində vəziyyət sakitdir.
Qeyd edək ki, Ali Ruhani Şura – Erməni Apostol Kilsəsinin ali idarəetmə orqanıdır və Eçmiədzində toplanır. İclaslarda kilsənin fəaliyyəti və daxili həyatı ilə bağlı əsas məsələlər müzakirə olunur.












