Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu

Salyan şəhər sakini 51 yaşlı İsmayıl Kamil oğlu Ələsgərov Rusiya-Ukrayna müharibəsində həyatını itirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Emil Məmmədov məlumat verib.

“30 ildir ki, Rusyanın Sankt-Peterburq şəhərində yaşayan Salyan şəhərinin Babazanlı massivindən olan 51 yaşlı İsmayıl Kamil oğlu Ələsgərov Rusiya – Ukrayna müharibəsində həyatını itirib. Mərhumun qohumları adından onun qərib diyarda dəfni təşkil edilib” – məlumatda qeyd olunur. /Sfera.az/