Türkiyənin qərbindəki Kuşadası kurort şəhərindəki beşulduzlu hoteldə qida zəhərlənməsi şübhəsi ilə təxminən 30 turist xəstəxanaya yerləşdirilib.
NOCOMMENT.az xəbər verir ki, xəstəxanaya yerləşdirilənlər ürəkbulanma, qarın ağrısı, qusma və yüksək hərarətdən şikayətləniblər. Faktla bağlı araşdırma başlanıb.
Zərərçəkənlər Sahil Siteleri rayonundakı beşulduzlu hoteldə tətil edirmişlər. Ehtimal olunur ki, simptomlar "hər şey daxil" paketinin bir hissəsi kimi verilən yeməkləri yedikdən sonra yaranıb.
Təcili yardım briqadaları hadisə yerinə gəlib və zərərçəkənləri yaxınlıqdakı tibb müəssisələrinə aparıblar. Bəzi xəstələr tibbi yardım aldıqdan sonra evə buraxılıb, digərləri isə müşahidə altındadır.











