Kəlbəcərdə dəhşətli anlar: Kəndə gedən yol uçqun altında qaldı - Anbaan VİDEO

Kəlbəcərdə dəhşətli anlar: Kəndə gedən yol uçqun altında qaldı - Anbaan VİDEO

Sosial şəbəkələrdə yayılan yeni görüntülər Kəlbəcər rayonunun Lev kəndi istiqamətində baş verən irimiqyaslı qaya uçqununu əks etdirir.

NOCOMMENT.az xəbər verir ki, kadrlarda dağ yamacından qopan nəhəng qaya parçalarının avtomobil yolunun hərəkət hissəsinə aşdığı aydın görünür. Uçqun nəticəsində yaranan güclü toz buludu ərazini bürüb.

Hadisə nəticəsində Lev kəndinə gedən yol tamamilə bağlanıb və nəqliyyatın hərəkəti dayanıb. Hazırda yolun açılması və vəziyyətlə bağlı rəsmi qurumlardan məlumat gözlənilir.