Rusiya vətəndaşlığı almaq sadələşdirildi - Bu şəxslərə

Rusiya vətəndaşlığı almaq sadələşdirildi - Bu şəxslərə

Rusiya Prezidenti Vladimir Putin Moldovanın separatçı bölgəsi olan Dnestryanı sakinləri üçün Rusiya vətəndaşlığının verilməsini asanlaşdıran xüsusi fərman imzalayıb. Yeni sənədə əsasən, Dnestryanıda daimi yaşayan yetkinlik yaşına çatmış xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslər birbaşa Rusiya vətəndaşlığı üçün müraciət edə biləcəklər.

NOCOMMENT.az xəbər verir ki, qəbul edilən qərara görə, vətəndaşlıq müraciətləri Rusiyanın müvafiq diplomatik nümayəndəlikləri və konsulluq idarələri tərəfindən qəbul olunacaq. Bu addım bölgədə yaşayan sakinlərin Rusiya pasportu əldə etmək prosedurlarını əhəmiyyətli dərəcədə sürətləndirəcək.

Məlumat üçün qeyd edək ki, hazırda tanınmamış Dnestryanı bölgəsində azı 220 min Rusiya vətəndaşı yaşayır. Bu rəsmi statistikanı hələ 2019-cu ildə separatçı regionun rəhbəri Vadim Krasnoselski bəyan etmişdi.

Sara,
NOCOMMENT.az