Rusiyada, konkret olaraq Moskvada yaşayan azərbaycanlılara qarşı yeni represiya dalğası başlayıb. Bildirilib ki, onlardan biri heç bir rəsmi xəbərdarlıq edilmədən “nəzarətdə olan şəxslər” reyestrinə daxil edilib.
NOCOMMENT.az xəbər verir ki, şikayətçilərin sözlərinə görə, bu artıq ikinci belə haldır. Onlar iddia edirlər ki, ilk dəfə oxşar vəziyyət 2024-cü ilin yazında baş verib. Həmin vaxt bir neçə dəfə Daxili İşlər orqanlarına müraciət etdikdən sonra onun məlumatları səhvən daxil edildiyi üçün reyestrdən silinib. Halbuki, onlar tərəfdən hər hansı pozuntuya yol verilməmişdi.
Hazırda, şikayətçilərin bildirdiyinə görə, vəziyyət yenidən təkrarlanıb. Şikayətçilər vurğulayıb ki, reyestrə salınmalarının səbəbləri ilə bağlı onlara heç bir rəsmi bildiriş təqdim olunmayıb.













