SEPAH ABŞ hərbi gəmisini vurdu – İDDİA

SEPAH ABŞ hərbi gəmisini vurdu – İDDİA

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ-a məxsus hərbi gəminin raket zərbəsi nəticəsində ciddi zədələndiyini bəyan edib. Qurumun açıqlamasında bildirilir ki, ABŞ Hərbi Dəniz Nəqliyyatı Komandanlığının (MST) döyüş dəstək gəmisi SEPAH-ın dəniz qüvvələri tərəfindən buraxılan raketlərlə vurulub.

NOCOMMENT.az xəbər verir ki, SEPAH digər ABŞ hərbi-dəniz obyektlərinin də hücumlar davam etdiyi müddətdə onların raket və pilotsuz uçuş aparatlarının təsir zonasında qalacağını vurğulayıb. Açıqlamada qeyd olunur ki, əməliyyatlar davam edəcək və mümkün hədəflər nəzarətdə saxlanılır.

Hadisə ilə bağlı ABŞ tərəfi hələlik rəsmi təsdiq və ya əlavə məlumat yaymayıb. Regionda artan hərbi qarşıdurma fonunda tərəflərin qarşılıqlı ittihamları və zərbələri gərginliyin daha da dərinləşdiyini göstərir.