Böyük Britaniyanın Baş naziri Keir Starmerin öz istəyi ilə hökumət rəhbəri postunu tərk etməyə hazırlaşdığı iddia olunur. Bu barədə "Daily Mail" nəşrinin köşə yazarı Den Hoces hökumətdəki etibarlı mənbələrinə istinadən məlumat yayıb.
NOCOMMENT.az xəbər verir ki, jurnalistin əldə etdiyi məlumata görə, Starmer artıq bu qərarı barədə yaxın dostlarına məlumat verib. Nazirlər Kabinetinin adı açıqlanmayan üzvlərindən biri mövcud vəziyyəti şərh edərək bildirib ki, hökumət başçısı ölkədəki siyasi durumu aydın dərk edir və postundan "ləyaqətlə" getmək istəyir.
Bununla belə, Hoces Baş nazirin mümkün istefasının dəqiq tarixlərinin hələlik məlum olmadığını qeyd edib.
Xatırladaq ki, bundan əvvəl hakim Leyboristlər Partiyasının seçkilərdəki uğursuzluğundan sonra 100-ə yaxın parlamentari Starmeri dərhal istefa verməyə çağırmışdı. "Financial Times" qəzeti isə yazırdı ki, leyboristlər daxilindəki qızğın daxili münaqişələr dövlət orqanlarının fəaliyyətində ciddi axsamalara və böhrana yol aça bilər ki, bu da rəsmi Londonu ciddi şəkildə narahat edir.
Sara,












